Bakıda fransız dadı - Entree

Azərbaycanlıların Tbilisidən sevdiyi Entree fransız kafesinin beş ay bundan qabaq Bakıya gəlməsi şəhər sakinləri üçün xoş sürpriz oldu. Hələlik Entree-nin Bakının mərkəzində üç kafesi var.

 Kafelər yalnız yerli sakinlərin deyil, həmçinin əcnəbilərin də böyük rəğbətini qazanıb. Kafe açılmamışdan öncə “Bakıda sağlam qida adası” və "Bakıda ən dadlı kofe məkanı" adlarına iddialı idi. Belə ki, kafenin əsas cəhəti çörək, şirniyyat, sendviç, kofe və digər məhsulların yalnız orqanik inqridiyentlərdən hazırlamasıdır.

 

Entree-də kapuçino

Bəs müştərilər devizi “Entree – zövqlə yaradılıb” olan kafedən məmnundurlarmı? Onları Entree-yə gətirən nədir?

 

Əsmər, tələbə

“Həftədə 2-3 dəfə Entree-yə gəlirəm. Kafenin tütündən azad olan mühiti burada xüsusi fərqli rahatlıq yaradır. Salatlarını, sendviçlərini və isti içkilərini çox bəyənirəm. Hər dəfə gələndə rəfiqələrimi dəvət edirəm və bütün dostlarıma Entree-ni tövsiyə edirəm”. 

 

İnara və beş yaşlı oğlu Səid

“Entree-nin çörəkləri müxtəlif və dadlıdır. 5 yaşlı oğlum Səid Entree-nin ən çox çörəklərini bəyənir. Kafeyə onunla gələndə alacağımız çörəyi o seçir. Entree-nin sağlam qidalarına tam etibar edirəm”. 

Boim, Cənubi Koreya

“Entree ilə ilk tanışlığım Tbilisidə olub. Bakıdakı Entree-yə bu, ikinci gəlişimdir. Salatları və əl işi olan pastaları çox bəyənirəm. Kafenin tütündən azad mühitə malik olması olduqca yaxşı ideyadır”. 

 

Göründüyü kimi müştərilər Entree-dən məmnundurlar. Bunu elə Entree kafelər şəbəkəsinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Lika Mikautadze də təsdiq edir. O, böyük məmnuniyyətlə kafenin uğurları və gələcək planları ilə bağlı danışıb. 

 

- Artıq beş aydır ki, Entree Bakıda qapılarını müştərilərin üzünə açıb. Hansı gözləntiləriniz vardı və onlar özünü doğruldurmu?

Lika Mikautadze: Fransız çörəkbişirmə konsepsiyasını biz ilk dəfə xarici ölkə olaraq 7 il bundan öncə Gürcüstana gətirmişik və hazırda Tbilisidə Entree-nin 9 kafesi uğurla fəaliyyət göstərir. Konsepsiyanı növbəti ölkə olaraq Azərbaycana gətirməyə qərar verdik və hazırda biz inkişafımızın birinci mərhələsindəyik. Hazırda Bakıda Entree-nin 3 kafesi fəaliyyət göstərir. Biz bu yaxınlarda Bakının keçmiş Torqovaya küçəsində növbəti 4-cü kafemizi açmağa hazırlaşırıq.

Fəaliyyət göstərdiyimiz beş aya nəzər salsaq, deyə bilərik ki, Bakı Entrée-yə ürəyini açıb. Azərbaycanlılar sağlam qida və həyat tərzinə önə verirlər. Bizim kimyəvi əlavəsiz olan orqanik çörəklərimiz fəaliyyətə başladığımız ilk günlərdən çox məşhur olub. Kafelərimizin tütündən azad mühit olmasını, kruassanları və digər fransız şirniyyatlarını, salat və sendviçlərimizi, ləzzətli kofe və rahat qablaşdırılan “take away”lərimizi müştərilərimiz çox yüksək qiymətləndirir.

-Qazandığınız ilk uğurlar hansılardır? Müştərilərin razılığını necə dəyərləndirə bilərsiniz?

Lika Mikautadze: Fransız çörək məmulatları Azərbaycan üçün yeni konsepsiyadır və insanların hər bir sağlam qidaya açıq olmaları bizi çox məmnun edir. Biz sosial mediada insanların kafelərimizdə özlərini necə rahat hiss etmələrindən şadıq. Onlar özlərini sosial şəbəkələrdə “tag” etməklə sağlam həyat tərzinə riayət etdiklərini göstərirlər.

Bizim şəbəkəmizin sürətlə genişlənməsi sübut edir ki, biz yaxşı nəticələr əldə etmişik. Entree Bakıda əcnəbilər arasında da çox məşhurdur. İyunda Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bir sıra xarici qonaqlar gələcək. Entrée Bakının əcnəbi qonaqları üçün çox sevimli yerdir. Səhər saat 8-dəkafelərimizdə səhər yeməyi üçün növbəyə dayanan əcnəbiləri və yerli sakinləri görə bilərsiniz.

Biz çox məmnunuq ki, yerli və beynəlxalq mədəniyyəti özündə birləşdirən atmosfer yarada bilmişik. Bu atmosferin əsasını sağlam təbii qida və rahat mühit təşkil edir.

Azərbaycanda olmağımızdan məmnunuq və burada biznesimizi inkişaf etdirməyi davam etdirəcəyik.

შექმნილია  “ჯამპსტარტ ჯორჯიას” მიერ