Azərbaycanda turizm qiymətləri niyə bahadır

Azərbaycanda turizm qiymətləri niyə bahadır?

Qiymətlərin ucuzlaşdırılması üçün hansı tədbirlər görüləcək? 

Yayda iyun-iyul aylarında turist axınına məruz qalan Xaçmaz rayonunun Nabran istirahət mərkəzində indi turistə rast gəlmək mümkün deyil. Yayda  istirahət gələn insanlarda indi burda əsər əlamət yoxdur. Nabranda fəaliyyət göstərən 70-ə yaxın istirahət mərkəzində eyni vəziyyət müşahidə olunur.

İstirahət mərkəzinin inzibatçısı Elşən Nurməmmədov deyir ki, mövsüm ərzində işə götürdükləri işçiləri də mövsüm bitən kimi müqavilərərə xitam verilir. Çünki xidmət göstərməyə adam olmadığı üçün işçiyədə ehtiyyac qalmır. Təxminən 20-25-dək işçi ilə yenidən yay mövsümündə 3-4 ay  müqavilə imzalanacaq. 

İstirahət mərkəzlərinin yalnız 3 ay işləməsi sahibkarlar üçün də sərfəli deyil. Mövsümdə qazanılan pullar 9 ay ərzində obyektin saxlanmasına və yeni mövsüm üçün təmirinə sərf olunur. Bu obyektlərin yalnız yayda işləməsi qiymətlərə də təsir göstərir. Qiymətlər qonşu ölkələrlə müqayisədə baha olur. Məhs ona görə də, bu fakt bura istirahətə üz tutmaq istəyən xarici turistlərin sayına da təsir edir.

Xaçmaz Mədəniyyət və Turizm şöbəsindən deyirlər ki, 2014-cü ildə  Xaçmaza 250 minə yaxın turist gəlib. Turistlərin 90 faizi  yayda gəlib bu rayona.  

Xaçmaz Mədniyyət və Turizm şöbəsinin müdiri Nazim Ağayev deyir ki, Nabranda qış turizminin inkişafı üçün şərait var. Burda sanatoriyların yaradılması vacibdir.

Bura istirahət obyektlərində müxtəlif əyləncə növlərinin yaradılması daxildir. Məsələn: atla meşə gəzintisi, balıq tutmaq, ovçuluq klubu, termal sulardan istifadə etməklə saunaların yaradılması və s.

Mütəxəssislər də hesab edir ki, Nabrana ilin bütün fəsillərində turistlərin gəlməsi qiymətlərə də təsir göstərə bilər. Qiymətlərin endirilməsi buranı xarici turistlərin üçün də cəlbedici edə bilər. Bunun üçün xarici mütəxxəsislərin iştirakı ilə yeni proqram hazırlanır.

Xaçmazla qonşu olan Qusar rayonunda isə turistlər daha qış aylarında gəlir. Buna səbəb Şahdağ Qış yay turizm kopleksinin burda yerləşməsidir. Qışda təxminən 60 minədək turist gəlir, yayda isə təxminən 5000-dək turist gəlir. Xarici turistlərin payı isə ildə təxminən 5 faizi keçmir.Bura səfər edən xarici ölkənin vətəndaşları isə əsasən paytaxda çalışan beynəlxalq təşkilatların nümayəndələridir.

Bu ilin Şahdağa səfəri zamanı Prezident İlham Əliyev də Şahdağa gələn turistlərin əsasən Azərbaycan vətəndaşları olmalarına diqqət çəkmişdi.

2015-ci ildə xarici populyar televiziya şirkətləri vasitəsilə ölkənin turizm imkanlarının təbliğinə 5 mln pul xərcləyəcək. Bu 2014-cü illə müqayisədə 6 dəfə çoxdur.Mütəxxəssislər hesab edir ki, xarici turistlərin ölkəyə az səfər etməsinin səbəbləri qiymətlərin digər ölkələrə nisbətən daha baha olmasıdır. Məhz bu səbəbdən hətta yerli sakinlər də qonşu ölkələr üz tutur. 

 

2014-cü ildə daxili və xarici turistlərin sayı
| Create infographics
შექმნილია  “ჯამპსტარტ ჯორჯიას” მიერ