Nəqliyyatda kart sisteminı keçid
Nəqliyyatda kart sistemi

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a bildirmişdir ki, hazırda kartlar 10 və 95 nömrəli marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq ediləcəkdir.

Kartın qiyməti 3 manatdır, onun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Artıq 450 minə yaxın kart hazırdır. Bir milyona yaxın kart isə sifariş edilmişdir. Ümumilikdə proses 2014-cü ilin sonunadək başa çatdırılacaqdır. Xüsusi verifikatorlar paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılmışdır.

Nəqliyyat kartından istifadə qaydaları barədə məlumat verən N.Həsənov demişdir ki, ictimai nəqliyyat istifadəçisi ilk dəfə kartın alınması üçün 2 manat (sığorta depoziti) və nəqliyyatda gediş haqlarının ödənilməsi üçün 1 manat ödəməlidir. Sığorta depoziti üçün ödənilmiş məbləğ istifadəçiyə kartı qaytararkən geri ödənilir. Nəqliyyat kartını yalnız “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində geri qaytarmaq mümkündür. İstifadəçi kartı geri qaytararkən öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.


 

Video

Məlumat verilib ki, 36-ya yaxın marşrut, 600 avtobusda bu sistem istifadəyə verilmiş olacaq. 1000 avtobusda naviqator quraşdırılıb,

500 avtobusda da quraşdırılacaq. 10 və 95 saylı marşrutlarda kartla ödəniş sistemi tətbiq edilir. Kartın qiyməti 3 manatdır.

10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə start verilib. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib

galereya kart

TEKST

MARSHRUTLARIN İSTİQAMƏTİ

 

 

Avtobusların istiqaməti dəyişdiriləcəkmi? Bir insanın qeydiyyat ünvanı başqa rayondadırsa, amma faktiki olaraq Bakıda yaşayırsa, o, oyunlar zamanı Bakıda maşın sürə bilməyəcəkmi? Məhdudiyyətlər konkret olaraq hansı yollarda olacaq?

“Bakı 2015” zamanı böyük ehtimallar idman obyektləri və turistlərin qalacağı ərazilərdən keçən marşrutların istiqamətləri dəyişdiriləcək: Hazırda bu məsələ ilə bağlı dəqiqləşdirilmə işləri aparılır. Nəqliyyat Nazirliyi avtobusların istiqamətlərini müəyyənləşdirir. Ola bilsin ki, bəzi yollara, ümumiyyətlə, avtobus buraxılmayacaq və ya məhdudiyyətlər olacaq. Oyunlar zamanı yük avtomobillərinin hərəkəti qadağan ediləcək.

 

Powered by  Jumpstart Georgia