London və londonlular – ilk hissə

Planları yazmaq xatirələrdən daha əyləncəli olmalıdır... Xatirələr nə qədər gözəl olsa, xəyallar, bir gün planlar şəklində gerçəkləşməsi ümidi ilə daha maraqlı olsun gərək. Amma bütün bu deyilənlər London səfərimiz ilə bağlı deyil.

London xəyalını etmədiyim şəhərlərdəndir. İngiltərənin əsrlər boyu dünyada baş verən hadisələrə təsir gücü bu şəhəri hər kəs üçün tanınan, bəlli, bəlkə də dünyanın ən məşhur paytaxtına çevirib.

London - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtıdır. İnzibati cəhətdən İngiltərənin Böyük London adlı regionunu təşkil edir və 33 özünü idarə edən rayona bölünür.  Britaniya adalarında ən böyük şəhərdir.

 Londonun sahə si1,572  km2 ərzini əhatə edir. Əhali sıxlığı isə hər kvadrat km-ə  5,197 londonlu düşür ki, bu da Londonu Avropanın ən böyük şəhəri edir.  Əhalisi, 2015-ci ilin fevralına olan məlumata (Greater London Authority – Böyük London Administrasiyası tərəfindən açıqlanıb) əsasən 8,6 milyon nəfərdir. Bu rəqəm 1939-cü il pikindən sonra qeydə alınan ən böyük göstəricidir, həmin dövrdə başlanan suburbanizasiya prosesi əhalinin sayının 30 il ərzində 8 milyondan 6,6 milyona qədər azaltmışdır.

London şəhərinin Meri Boris Johnson 2050-ci ilə qədər şəhər əhalisinin 11 milyona çatacağının ehtimal edildiyini bildirib, o həmçinin Londonu “Planetin ən yaxşı böyük şəhəri” adlandırıb. Lakin, onun sözlərinə görə mənzil tikintisi kimi başlıca infrastruktur layihələrinin maliyyələşdirilməsi daha çox maliyyə nəzarəti tələb edir. 

Londonun sadə meri Boris Jhonson

Londonun əhalisi 2-ci Dünya Müharibəsinin başlamasından sonra yenidən ən yüksək həddə yüksəlmişdir
Qısa faktlar
  • Ötən 25 il ərzində London əhalisi təxminən 2 milyon artıb
  • London sakinlərinin 3,8 milyon nəfəri (44%) qaradərili və etnik azlıqlardan ibarətdir və 2018-ci ilə qədər bu göstəricinin 50%-ə çatacağı gözlənilir.
  • London's population has increased by nearly two million in the past 25 years
  • Londonluların ehtimal olunan orta ömür müddəti 1939-cu ildəki 62 yaşdan 82-yə yüksəlmişdir
  • Əhalisinin sayına görə ən yüksək göstəricidir. Əhalinin sayına görə London dünyada 21-ci, Avropada 2-ci (bəzi mənbələrdə1-ci) , Avropa İttifaqında isə 1-ci yeri tutur.

Londonun meri cənab Johnson hesab edir ki, “Avropada ən böyük yaşıllıq ərazisinə sahib olmaqla, qaynar iqtisadi inkişafı, aşağı cinayətkarlıq səviyyəsi və zəngin mədəni həyatı ilə, heç də təəccüblü deyil ki, London dünyanın yaşamaq üçün ən yaxşı yeridir. Indi şəhərə lazım olan yeni iş yerlərinin açılmasını stimullaşdırlan vergi güzəştlərinin tətbiqidir.

 

Bəzi faktlardan sonra keçək öz təəssüratlarımıza:

Londonda insanlar deyildiyindən daha səmimidir. Əksəriyyətimizdə belə bir stereotip formaşalıb ki, guya ingilislər soyuqqanlı və ünsiyyətə meylsizdir. Amma ki, gördüklərimiz bunun əksini deyir. Yolda neçə dəfə insanlara yaxınlaşıb, hansısa istiqaməti ya yolu soruşanda onlar, əllərindəki işi gücü atıb, bizə kömək etməyə çalışırdı. Telefonla xəritəni göstərir, metorların yerini deyir və ən əsası həmişə dürüst davranmağa, bilmədikləri halda, heç vaxt yanlış istiqamət verməməyə çalışırdı. Yol məsələsində çalışırdıq ki, miqrantlardan deyil, məhz yerlilərdən kömək alaq, çünki təbiidir ki, onlar şəhəri daha yaxşı tanıyır.

Zənnimlə londonluların başlıca keyfiyyəti elə dürüstlükdür. Həmçinin onlar müasir olduqları qədər də ənənələrinə sadiq millətdir. Bunu bizim 5-illik Lordlar Palatasının  buraxılması ilə bağlı Vestministr sarayında, təşkil olunmuş rəsmi mərasimdə seyr etdiklərimiz də sübut edir. ( P. S. Təəssüf ki, çəkilişə icazə verilmədiyindən həmin mərasimlə bağlı şəkilləri paylaşa bilməyəcəm). Amma bu mövzuda ayrıca bir yazı düşünürəm.

 Londonda inqilab ola bilərmi?

Biz təlimçimiz Dan Masondan soruşuruq ki, sizdə kral hakimiyyətinin saxlanması üçün büdcə çoxlu vəsait sərf edir. Bəs, elə ola bilərmi ki, siz kral hakimiyyətini ləğv edəsiniz, məsələn referendumla. O deyir ki, bizdə konstitusiya, yəni qanunlar bu məsələni referenduma çıxartmağa icazə vermir. Yəni hüquqi baxımdan buna ixtiyarımız yoxdur. Bəlkə də bu hər hansı bir çevriliş və ya inqilabla mümkün ola bilər, amma ki, indiki halda belə bir ehtimal yoxdur. Zənnimcə onlar heç buna zərurət də görmürlər. Amma əksini düşünənlər də var. Ingilislər flexible, yəni dəyişiklklərə tez uyğunlaşan deyillər, ona görə də nəyisə dəyişməyə də çox can atmırlar. Yəni mövcud şərait onları qane edir. Ənənələrə, qanunlara sadiqlik də buradan irəli gəlir.      

Tolerantlıq

Təəssüf ki, səfər boyu hər hansı futbol matçına və ya rok qrup konsertinə getmədik, nə çılğın ingilis azarkeşlərini, nə də çılğın gənclik şahidi olmadıq. Adətən ingilislər haqqında “onlar məğlub olmağı bacarmır”, futbolda uduzanda belə məğlub olduqları şəhəri dağıdıb gedirlər kimi fikirlər səslənir, söhbət səfər matçlarından gedir. Amma bunları görə bilmədik. Əvəzində mənə kifayət qədər tolerant bir şəhər təsiri bağışladı.

Məsələn xidmət sahəsində müxtəlif mənşədən, dili və dini mənsubiyyəti çox fərqli olan miqrantlar çalışırdı. Məsələn heç Azərbaycan xidmət sektorunda, bəzi dini obyektlər istisna olmaqla, başı bağlı xanımların bu qədər çalışmasını görə bilməzsiniz.

Londonda insanlara “afrikalı”, “qaradərili”, “hindli”, “çinli” və ya “azərbaycanlı” deyə baxmırlar. Hər kəs insandır.

London muzeylərin insanlar ilə coşub daşdığı bir şəhərdir. Bəlkə də Bakı muzeylərinin kimsəsizliyidir ki, bizi muzeylərin sakit və darıxdırıcı bir yer olması fikrinə öyrədib. Londonda olduğumuz muzeylərdə isə bunun tam əksinin şahidi olduq.    

Həftə içi işləyən Londonlular cümə və şənbə günlərini “pub”da istirahət etməklə keçirir, özü də necə istirahət, iynə atsan yerə düşməz. Cümə günü boş pub tapmaq qeyri mümkündür. Nəinki pivəxanalarda oturmağa, heç ayaq üstə dayanmağa yer tapa bilməzsən, hətta insanlar pubın həyətində, pəncələrin qabağında və s özünə yer edir.

Londonda sanki hansısa filmin çəkiliş meydanına düşmüşdük, hər şey filmlərdəki qədər gözəl idi.. Yəni ingilislər əksər halda hündür, yaraşıqlı, sarışın, sadə lakin ciddi geyimli olurlar. Lakin bu hamıya şamil edilməz. Şəhərdə “yay ilə qışı səhv salanlar”da az deyildi. Ümumilikdə isə onlar işlədiyi, getdikləri mühitə uyğun geyinirlər.

To be continued 

 

Konul Soltanova's Slidely by Slidely Slideshow

Powered by  Jumpstart Georgia