İndi dollar almağa dəyərmi?
Heading for text
aaaaaa

Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə bu gündən ölkədə 1 dollar 1,05 manatdır.  Yəni milli valyutamız birdən-birə dəyərini 30%-dən çox itirib. Təbii ki, bu qərar hamı üçün, hətta azdan-çoxdan bu prosesin içində olan

AMB-nin öz işçiləri üçün də gözlənilməz indi. İndi əksəriyyət əlində manatla olan pulu xarici valyutaya, o cümlədən də dollara çevirməyə çalışır. Səbəbi məlumdur: insanlar manatın bundan sonra da ucuzlaşacağından və daha çox itkiyə məruz qalacağından qorxur. Amma dollar almağa qaçmazdan əvvəl bir qədər düşünmək lazımdır.

Əslində AMB-nin qərarı dolların məzənnəsi ilə bağlı ölkədə yaranmış qeyri-müəyyənliyə son qoydu. Yəni bu qərara qədər hamı bilirdir ki, manat ucuzlaşa ucuzlaşa gedəcək. Amma ucuzlaşma prosesinin nə vaxt və hansı həddə dayanacağı məlum deyildi. Bu gün isə məzənnə konkretləşdi. Məlum oldu ki, AMB-nin valyuta ehtiyatları 1 dolları 1,05 manata bərabərləşdirməyə imkan verir. Çox güman ki, qiymət elə bu psixoloji baryerdə saxlanılacaq və daha milli valyutanın ucuzlaşdırılmasında imkan verilməyəcək. Necə ki, uzun illərdir Azərbaycanda 1 dollar 0,785 manata bərabər idi. Hətta ola bilər ki, psixoloji olaraq manata inamı bərpa etmək üçün dolların qiyməti bir qədər sonra 1-2 qəpik aşağı salınsın.

Son qərarla həm də Azərbaycandan Rusiyaya valyuta axınının qarşısının alınacağını da proqnozlaşdırmaq olar. Şimal qonşumuzda baş verən iqtisadi proseslər nəticəsində bu ölkədə əmlak ucuzlaşdığından son aylar Azərbaycandan Rusiyaya dollar axını güclənmişdi. Bu da öz növbəsində daxili bazarda manata təzyiqi artırırdı. Bundan sonra isə Azərbaycandan dollar alıb Rusiyaya aparmaq sərf etməyəcək.

Və nəhayət, milli valyutanın bu həddə ucuzlaşdırılması Azərbaycandan ixracı sürətləndirəcək. Nəzərə almaq lazımdır ki, hazırda ölkədən ixrac olunan malların 92%-ni neft və neft məhsulları, təbii qaz təşkil edir. İqtisadiyyatın şaxələndirilməsi baxımından bu nisbət dəyişdirilməlidir. Bunun üçün ən yaxşı yol isə manatı ucuzlaşdırmaq idi. Yəni, AMB-nin qərarı xarici bazara çıxmaq istəyən yerli istehsalçılar üçün bir stimul rolunu oynayacaq. 

bbbbbb

bu da video

bu videodan shoka dusheceksiniz

 

 

Powered by  Jumpstart Georgia