Biznes jurnalistika layihəsi

Noyabrın 19-də sevincimin həddi-hüdudu yox idi, Çünki Biznes-Jurnalistika 2015 təliminə iştirakçı kimi seçilməyim barədə telefon zəngi almışdım. Bu təlim artıq dördüncü dəfədir ki, Paşa Bank, British Council və Tomson Fondunun birgə əməkdaşlığı sayəsində keçirilir. Yüksək rəqabətli bir seçim mərhələsindən keçə bildiyim üçün özümlə fəxr edir, həm də özümü şanslı insan sayıram, çünki təlimin bizə verəcəyi imkanlar sərhədsizdir.

Təlim barədə məlumat

Qısaca onu deyim ki, təlim öncə Azərbaycanda  3 mərhələdə keçiriləcək seminardan və sonda 1 həftəlik London təlim turundan ibarət olacaq.

Təlimdə iştirakçılar müasir axtarış sistemlərinin imkanları, jurnalistikada istifadə olunan ən son texnologiyalar və tətbiqetmələr, reportaj hazırlanmasında yeni metodlar öyrənəcək, mobil və multimedia bacarıqlarına yiyələcək, onlayn vasitələrin yaratdığı geniş imkanlar barədə məlumat əldə edəcəklər.

Təlimlər məhz biznes və maliyyə sahəsində çalışan jurnalistlər üçün nəzərdə tutulub və bir neçə mərhələdən ibarətdir. Təlimdə iştirak edən jurnalistlər ilk öncə esse müsabiqəsindən, daha sonra isə Paşa Bank və British Council-in nümayəndələrindən ibarət jüri ilə müsahibə mərhələsindən keçiblər. Biz artıq təlimin 3-cü sessiyasını geridə qoymaq üzrəyik. Qeyd edək ki, öncədən də elan edilmiş şərtlərə əsasən təlimin ən fəalları 1 həftəlik London təlim-səfərinə çıxacaq. Bu səfər isə jurnalistlərə Böyük Britaniyanın ən aparıcı mətbuat orqanları ilə görüşmək, yeni əlaqələr qurmaq imkanı yaradacaq.

Təlimin bizə verdiyi əlavə imkanlar

Təlimin iştirakçılar üçün yaratdığı digər unikal imkan isə ADA Universitetində 10 həftəlik, iki mərhələli ingilis dili kurslarına qatılmaqdır.

Bu isə iştirakçılara öz dil biliklərini möhkəmləndirmək, xarici mətbuatı daha sıx şəkildə izləmək və Azərbayanı başqa ölkələrdə təmsil edərkən öz fikirləri daha yaxşı ifadə etmək imkanının yaradılmasıdır.

 

İştirakçılar ilə burada tanış ola bilərsiniz.
Bizi daha yaxından tanıyın

 

Təlimdə iştirak edən jurnalistlərin tərkibi olduqca müxtəlifdir. Onların bəziləri televiziyada, bəzi nümayəndələr isə onlayn media vasitələrində çalışır. Məhz bu səbəbdən də bir iştirakçı güclü olduğu aspekt, digərinin ən zəif olduğu bir tərəfdir.

Təlimçimiz Dan Mason isə aradakı bu fərqə rəğmən hər kəsin maraq göstərəcəyi və həvəslə çalışacağı onlayn, multi-media alətlərini bizimlə paylaşır. Səbr və təmkinlə bizi öyrətməyə çalışır. Onun təmkininə isə çoxları həsəd apara bilər.

    1. Təlmin başa çatan ikinci sessiyasında biz video intervyular almağı, video üzərində işləməyi, çəkiliş və montaj ilə bağlı baza biliklərini əldə etdik.
    2. Həmçinin Dan bizə bloq yazmaq və onun strukturunu hazırlamaq ilə bağlı ən zəruri bilikləri verməyə çalışdı.

  1. Yeni yaranan və ən müasir saytların bugünkü zamanda hansı prinsiplə çalışması, hansı yenilikləri etməsi və bəzən uğursuzluq ilə nəticələnməsinə baxamayaraq, cəhd etməkdən və yeni vasitələri sınamaqdan çəkinməmək ilə bağlı təcrübəni bizimlə bölüşdü.
  2. Yazıların sosial mediada daha sürətlə paylaşması və mobil vasitələrdə daha rahat izlənməsi üçün hansı alətlərdən, başlıqlardan, mətn formalarından istifadə edə biləcəyimizi öyrətdi

Bu siyahını daha da uzatmaq olar. Amma anlamaq üçün iştirakçı olmaq lazımdır.

 

 Təlimçimiz Dan Mason isə  həqiqətən əlindən gələni bizim üçün əsirgəmir, hər bir iştirakçıya qarşı fərdi yanaşma tətbiq edərək, bütün suallarımızı həvəslə cavablandırır, səbrlə hər şeyi izah edir. Öz işinin peşəkarı olan Dan, həm də yüksək şəxsi keyfiyyətlərə malikdir.
 
 
Londona virtual səyahət
Powered by  Jumpstart Georgia