Azərbaycanda kiçik və orta biznesin inkişafı niyə ləngiyir?
Kiçik və orta sahibkarlığın iqtisadiyyatda rolu

Hər bir ölkədə iqtisadiyyatın gücü, dayanıqlığı həmin ölkədə kiçik və orta biznesin inkişaf etdirilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin hər birində kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün dövlət tərəfindən fondlar yaradılır. Bu öllkələrdə mövcud müəssisələrin 99 faizi kiçik və orta sahibkarlıq müəssisəsidir. Onların məşğulluqda payı 50-70 faizdir. Ümumdaxili məhsul istehsalında payı isə 50-60 faiz həcmindədir.

İxracatda KOS-ların payı | Create infographics

Kiçik və orta sahibkarlığın iqtisadiyyatda ən böyük rolu rəqabəti müdafiə etməsidir. Bu sektoru inkişaf etdirməklə ölkədə rəqabət mühitini möhkəmləndirmək mümkündür. Biznesin bu sahəsinin iqtisadiyyat üçün digər mühüm töhfəsi yeni iş yerlərinin formalaşmasına şərait yaratmasıdır. Onlar az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə edə bilir. Həmçinin, daha az investisiya xərcləri ilə iş imkanları yaratmaq olur. Tələbatdakı dəyişikliklərə və müxtəlifliklərə daha rahat uyğunlaşa bilirlər.  Ölkədə məşğulluğun təmin olunmasında kiçik və orta müəssisələrin əvəzsiz rolu var. Bu sektor həm də dövlətlərin böhrana qarşı əsas müdafiə üsullarından biridir.  Çünki böhran dönəmində iri müəssisələrin müflisləşməsi  ölkə iqtisadiyyatındakı böhranı daha da dərinləşdirir. Lakin kiçik və orta sahibkarlıq müəssisələrində  belə risklər daha aşağıdır. Mütəxəssislər düşünürlər ki, əgər iri şirkətlər ölkədə elmi-texniki tərəqqinin və istehsal  potensialının səviyyəsini müəyyən edirsə, kiçik və orta sahibkarlıq müəssisələri ölkənin sosial-iqtisadi sabitliyini və inkişafını təmin edir. Belə müəssisələrin çoxluğu iqtisadiyyatda tarazlığı formalaşdırır.

 

| Create infographics
Azərbaycanda kiçik və orta sahibkarlıq niyə inkişaf etmir?

Ölkəmizdə  kiçik və orta sahibkarlığın inkişafı “ 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflərdən biri kimi öz əksini tapıb. Bu sektorun inkişafı və dəstəklənməsi istiqamətində dövlət tərəfindən əhəmiyyətli addımlar atılır. 2014-cü ilin ölkə prezidenti tərəfindən “Sənaye ili”  elan olunması bu sahədə davamlı işlərin görülməsi və yeni müəssisələrin açılması istiqamətində ciddi tədbirlərin görülməsi ilə müşayiət olundu. Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə kiçik və orta biznesin ÜDM-də payı 50 faizdən yüksək olduğu halda,  Azərbaycanda kiçik və orta sahibkarlğın həm ixracatda, həm üdm-də payı olduqca aşağıdır. Mütəxəssislər bunu Azərbaycanln neft  ölkəsi olması ilə əlaqələndirirlər.  Buna görə də ÜDM-də neftin payı kifayət qədər çoxdur. Neft sektorunda daha çox iri şirkətlərin fəaliyyət göstərdiyini nəzərə alsaq, ÜDM-də iri sahibkarlığın payı daha yüksəkdir. 

 

Ölkəmizdə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) yaradılıb. Fond tərəfindən təkcə 2014-cü ilin ilk 7 ayında 3 658 sahibkara 187,8 milyon manat güzəştli kredit ayırılıb. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-dən çox yeni iş yerinin yaradılmasına şərait yaradıb.

 

| Create infographics

Bankların yüksək faizləri KOS-ları da vurur
Banklar KOS-ları dəstəkləyirmi?

Ölkəmizdə kiçik və orta sahibkarlığa güzəştli kreditlər verərək stimullaşdırılsa da əksər banklar sahibkarlara uzunmüddətli kredit ayırmaqda maraqlı deyillər. Buna səbəb biznes kreditlərin məbləğinin böyük olması və uzunmüddətli dövrə verilməsidir. Bu isə banklar üçün istehlak kreditləri ilə müqayisədə daha risklidir.Həmçinin banklar tərəfindən verilən biznes kreditlərinin faizləri də olduqca yüksəkdir.  Ötən il ölkədə biznes kreditlərinin faiz dərəcələri minimum 11 faiz təşkil edib. Bu səbəbdəndir ki, sahibkarlıq subyektləri  vəsait qıtlığından əziyyət çəkirlər, bizneslərinin qura bilmirlər. Vəsait əldə edən sahibkarlar isə faizlər yüksək olduğundan həmin krediti geri qaytarmaqda əziyyət çəkirlər. Məsələnin ciddiliyini nəzərə alaraq ölkə prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr edilmiş iclasında bankları real sektoru dəstəkləməyə çağırıb. “Üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir.Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır”

Məlumatlara görə, gələn il biznes kreditlırinin faiz dərəcələri birrəqəmli olacaq. Bu isə kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək. Ölkədə öz fəaliyyətini kiçik və orta sahibkarlığı stimullaşdırmağa yönəldən banklar  da var.

Bu banklar arasında paşa bankı xüsusilə vurğulamaq lazımdır. Bankın 2014-cü ilin  sonuna kredit portfeli 543 milyon 322 min manat olub.

Sahibkarlığın gender problemi

Azərbaycanda qadınlar əhalinin 51.2%-ni təşkil edir. Əmək qabiliyyətli qadınların 69.2%-i özəl sektorda, 30,8%-i isə dövlət sektorunda çalışır. Özəl sektorda çalışanların yalnız 3%-nin öz şəxsi biznesi var. İqtisadiyyatın və sosial sahələr üzrə idarəetmə strukturlarında çalışan qadınlar 33% təşkil edir. Bizneslə məşğul olan qadınlar əsasən mikro və kiçik müəssisələrdə fəaliyyət göstərirlər və qadınların çox az hissəsi orta və böyük müəssisələrdə çalışır. Qeydə alınmış kiçik, özəl müəssisələrdə qadınlar 7% təşkil etdikləri halda onlar əmək resurslarının 49%-ni təşkil edirlər.

Son illərdə qadınların sahibi olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Sahibkarlığın və kiçik biznesin inkişafının yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və məşğulluğun artırılması sahəsində səmərəli vasitə olduğunu nəzərə alsaq, mövcud və potensial qadın sahibkarların inkişaf proseslərindən kənarda qalmadığı təmin edilməlidir. 

| Create infographics

 Qadınları özəl bizneslə məşğul olmaqdan çəkindirən səbəblər kimi aşağıdakıları göstərmək olar:

1. qadınların mülkiyyət sahibliyinin aşağı olması;

2. ilkin kapitalın olmaması;

3. müəssisənin qeydiyyatı üzrə kifayət qədər məlumatın olmaması;

4. maliyyə bazarının tapılmasında çətinliklər;

5. zəruri bilik və bacarıqların olmaması.

Azərbaycan Sahibkarlar milli Konfederasiyasının Qadın Sahibkarlığının İnkişafı komissiyasının sədri Jalə Hacıyeva 

Kiçik və orta biznesi inkişaf etdirməyin 5 şərti

Kiçik və orta biznesi inkişaf etdirməyin 5 şərti

Dövlət tərəfindən bu sektorun dəstəklənməsi nəticəsində növbəti 10 il ərzində  kiçik və orta biznesin daha da inkişaf edəcəyini, ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevriləcəyini proqnozlaşdırmaq mümkündür. Kiçik və orta biznesin dayanıqlı inkişafını təmin etmək üçün:

 

-       Sahibkarların maliyyə imkanları genişləndirilməlidir. Yəni bu sektorda çalışan sahibkarlar maliyyə resurslarına çıxışı təkcə dövlət yox, özəl qurumlar hesabına da əldə edə bilməlidirlər. Sahibkarlar əsasən kommersiya bankları hesabına güzəştli kreditlərdən yararlana bilməlidirlər.

-       Kommersiya banklarının real sektora dəstəyini təmin etmək üçün dövlət tərəfindən kiçik və orta sahibkarlığı dəstəkləyən banklar stimullaşdırılmalıdır. Yəni real sektora daha çox vəsait ayıran banklara müəyyən güzəştlər edilə bilər.

-       Bu sahəyə yalnız maliyyə dəstəyi ilə yox, xüsusi proqramlarla da dəstək vermək mümkündür. Məsələn, kiçik və orta biznes  sahəsində gender  balansı dəstəklənməlidir. Dünya ölkələrindəki bu təcrübə ölkəmizə gətirilə bilər. Məsələn, xanımların rəhbəri olduğu kiçik və orta biznes müəssisələri vergi güzəştləri ilə stimullaşdırıla bilər.

-       İxrac imkanları olan kiçik və orta sahibkarlara ixrac həcminə uyğun subsidiyalar verilə bilər. Belə ki, müəssisə nə qədər çox məhsul ixrac edirsə, ölkəyə bir o qədər çox valyuta daxil olmasına imkan yaradır. Bu səbəbdən ixrac qabiliyyəti yüksək olan kiçik və orta sahibkarlar stimullaşdırılmalıdır.

-       Ölkədə “Rəqabət Məcəlləsi”nin qəbul edilməsi prosesi sürətləndirilməlidir. Bu halda azad rəqabət mühiti yaranar ki, bu da öz növbəsində kiçik və orta biznesin inkişafında çox böyük rol oynayar.

 

Powered by  Jumpstart Georgia